Falkaonu Rusiya çempionu istəyir

27 Oktyabr 2015 11:15 (UTC+04:00)

"Zenit" Radamel Falkaonu icarəyə götürmək istəyir. Bu barədə İngiltərənin "The Telegraph" nəşri məlumat yayıb.Movqe.az Goal.az-a istinadən məlumat verir ki, Peterburq klubunun baş məşqçisi Andre Vilyaş-Boaş "Porto"da çalışdığı və gücünə bələd olduğu kolumbiyalı hücumçu ilə yenidən əməkdaşlıq etmək istəyir.

Qeyd edək ki, Falkaonun transfer hüquqları "Monaco"ya məxsusdur. Ötən mövsümü "Manchester United"də keçirən forvard bu mövsüm "Chelsea"nin heyətində 1 qol vurub.