Kikboksçular böyük heyətlə ulu Öndərin abidəsini ziyarət ediblər

27 Oktyabr 2015 12:10 (UTC+04:00)

Azərbaycan Kikboksinq Federasiyasının milli yığma komandasının üzvləri Serbiyanin Belqrad şəhərində ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əkili qoyublar. Federasiyadan verilən xəbərə görə, ziyarətdə federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov, milli komandanın rəisi Sadıq Bağırov, baş məşqçi Elşən Abdulrəhimov, gənclər və yeniyetmələr üzrə baş məşqçi Ehram Məcidov, tanınmış kikboks məşqçiləri Hakim Hacıyev, Fuad Zeynalov, Eduard Məmmədov,Elnur Alıyev s başqa tanınmış kikboksçular iştirak ediblər. Xatırladaq ki, Azərbaycan Kikboksinq Federasiyasının milli yığma komandasının üzvləri WAKO-nun Dünya Çempionatında iştirak etmək üçün Serbiyanın Belqrad şəhərinə yola düşüblər. Onu da qeyd edək ki, AKF ilk dəfə olaraq,34 nümayəndə heyəti ilə Azərbaycanı təmsil edəcək.