Pakistanda zəlzələ nəticəsində həlak olanların sayı 228-ə çatıb

27 Oktyabr 2015 12:34 (UTC+04:00)

Oktyabrın 27-də səhər saatlarında yayılan son məlumata görə, Pakistanda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 228 nəfərə çatıb.

Pakistanın xəstəxanalarına 1200-dən artıq yaralı yerləşdirilib, onların içərisində uşaqlar da az deyil.

Pakistan mətbuatının yaydığı məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun zəlzələ nəticəsində həlak olanların doğmalarına və əzizlərinə başsağlığı verib. Məlumatda deyilir ki, BMT zəlzələnin nəticələrinin aradan qaldırılmasında Əfqanıstana və Pakistana dəstək verməyə hazırdır.

Xatırladaq ki, oktyabrın 26-da Pakistan vaxtı ilə saat 12:10-da baş verən zəlzələnin episentri Əfqanıstandakı Hindquş dağlarında 7,7 bal gücündə olub. Həmin vaxt Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda da 5 bal gücündə zəlzələ baş verib.