İspaniyanın Atlantik okeanında itkin düşmüş hərbçiləri hələ də tapılmayıb

27 Oktyabr 2015 13:50 (UTC+04:00)

İspaniya ordusuna məxsus vertolyotun Atlantik okeanı üzərində qəzaya uğramasından dörd gün keçib. Buna baxmayaraq, qəza zamanı vertolyotda olmuş 3 hərbçi hələ də tapılmayıb.

Mavritaniya ərazisindən havaya qalxaraq Kanar adalarına enməli olan Super Puma vertolyotunun qalıqları okeanda aşkarlansa da, heyət haqqında hələ də bir məlumat yoxdur. Hərbçilərdən birinin atası İspaniyanın müdafiə naziri Pedro Morenosla görüşdən sonra mətbuata bildirib ki, övladının itkin düşdüyünü deyil, oğurlandığını düşünür. Bu açıqlama insanlarda çaşqınlıq yaradıb.

İspaniya Müdafiə Nazirliyi Atlantik okeanında axtarışları davam etdirir.