Aygün, Röya və Natavan üz-üzə

27 Oktyabr 2015 17:37 (UTC+04:00)

Noyabrın 25-də baş tutacaq "Number one" mükafatlandırma mərasiminə namizədlərdən üçünün adı bəlli olub.


Movqe.az-ın məlumatına görə, burada xalq artisti Aygün Kazımova, müğənni Röya Ayxan və Natavan Həbibi yer alıb. Onlardan ən çox səs toplayanı "Number one"a sahib olacaq.


Qeyd edək ki, 2013-cü ildə mükafata xalq artisti Faiq Ağayev və Aygün Kazımova layiq görülmüşdü. 2014-cü ildə isə "Number one" mükafatını Natavan Həbibi alıb.


Layihənin Azərbaycan üzrə rəhbəri teleaparıcı Tural Ozan, prodüseri isə Təranə Səmədovadır.