Mourinyonu ciddi cəza gözləyir

27 Oktyabr 2015 18:30 (UTC+04:00)

"Chelsea"nin baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının X turunun "West Ham United"lə (1:2) görüşündəki davranışlarına görə 5 oyunluq diskvalifikasiya oluna bilər. Movqe.az Goal.az-a istinadən məlumat verir ki, həmin matçda meydandan qovulan portuqaliyalı çalışdırıcı fasilədə hakimlərin otağına girməyə çalışıb.

Qarşılaşmanın baş hakimi Con Moss bunu raportunda da qeyd edib. Onun hakimi təhqir etdiyi bildirilir.

Qurumun qərarı oktyabrın 29-u verəcəyi gözlənilir.