Bədənindən çıxanlar hamını qorxutdu
19 Oktyabr 2012 18:22 (UTC+04:00)
Movqe.Az bildirir ki, İkinci Dünya
Müharibəsi zamanı cəbhədə döyüşərkən basdırdığı Bobi tələsinin
partlaması nəticəsində qıçına onlarla qəlpə batan və bunları 70 il
ərzində bədənində daşıyan Ronald Brounun 94 yaşında dünyasını
dəyişərək cəsədinin yandırılmasından sonra ailəsi böyük bir şokla
qarşılaşıb. Krematori rəsmiləri, cəsədi yandırdıqdan sonra Brounun
yaxınlarına içində külləri ilə birlikdə bir ovuc metal gətiriblər.
Bunları görüb çaş-baş qalan ailə, bunların Brounun İkinci Dünya
Müharibəsindən bədənində qalan qəlpə parçaları olduğunu sonradan
xatırlayıblar.