Rusiya “İsgəndər”in ixracına başlayır

27 Oktyabr 2015 19:40 (UTC+04:00)

Rusiya nüvə başlığı daşıma qabiliyyətinə malik "İsgəndər" raketlərini ixrac etməyə hazırlaşır. Bu barədə Rusiyanın "Rosoboronexport" dövlət şirkətinin rəhbəri Anatoli İsakin jurnalistlərə deyib. O, satışın nə vaxtdan başlayacağını açıqlamayıb. Qeyd edək ki, 2006-cı ildə istehsal olunan və 2007-ci ildən etibarən Rusiya ordusunda silahlanmaya qəbul edilən "İsgəndər" raketləri 500 kilometr məsafədəki hədəfləri məhv etmək qabiliyyətinə malikdir.