Həftədə 3 milyon nəfər şəhərlərə köçür

27 Oktyabr 2015 23:00 (UTC+04:00)

Həftədə 3 milyon nəfər şəhərlərə köçür.

Movqe.az məlumat verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilir ki, dünya əhalisinin 54 faizdən çoxu şəhərlərdə yaşayır. Hər həftə 3 milyon nəfər şəhərətrafı yaşayış məntəqələrindən şəhər mərkəzlərinə köçür. Təşkilatın hesabatında şəhərlərdə yaşayan əhalinin sayının 2050-ci ilə kimi 3,9 milyarddan 6,4 milyarda çatacağı proqnozlaşdırılır.

Nyu-York, London və Sidney kimi meqa şəhərlərdə əhalinin üçdə birindən çoxunu köçkünlər təşkil edir. Brüssel və Dubay kimi digər şəhərlərdə isə köçkünlər əhalinin 50 faizindən çoxdur.