Rafiq Tağı dünyasını dəyişib

23 Noyabr 2011 20:48 (UTC+04:00)
Klinik Tibbi Mərkəzdə müalicə olunan yazıçı Rafiq Tağı dünyasını dəyişib. Bu barədə APA-ya açıqlamasında xəstəxananın baş həkimi Tərlan Bəbirov bildirib. Qeyd edək ki, Rafiq Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat olunub.