Google yeni "Chromebook"u təqdim edib

19 Oktyabr 2012 18:13 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Google" ARM əsaslı yeni "Chromebook" dizüstü kompüterini təqdim edib. Samsung tərəfindən istehsal edilən  komputer 249 dollar qiymətindədir. "Exynos 5" rrosessor istifadə edən 11,6 düymlük "Chromebook" 6,5 saat batareya müddəti vəd edir. Açılış müddətini 10 saniyəyə qədər endirən kompüter sahibləri iki il ərzində Google Drive vasitəsilə 100 GB yığma sahəsini istifadə edə biləcək. Hər hansı bir antivirüs proqramı və ya təhlükəsizlik proqramına ehtiyac duymadığı Google tərəfindən açıqlanan "Chromebook"un Azərbaycana gəliş tarixi isə hələ müəyyən deyil.