3 gün ərzində 6 tamaşa nümayiş olunacaq

28 Oktyabr 2015 11:54 (UTC+04:00)

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq.


Movqe.az-ın məlumatına görə, teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, söhbət 30, 31 oktyabr və 1 noyabr tarixlərində saat 12.00, 14.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "Qafqazlı qardaşqızı" (R. Hacıyev), "Kimdir müqəssir?" (Ə. Haqverdiyev), "Dəcəl çəpişlər" (O. Zülfüqarov, R. Heydər) və "Mən dəyərəm min cavana" (E. Sabitoğlu, T. Vəliyeva) tamaşalarından gedir.


Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə,aktyorlar Şaban Cəfərov, Marina Litvinenko, Rauf Babayev, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Ağaxan Şərifov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Elçin İmanov, Elməddin Dadaşov, Elnarə Nağdəliyeva və başqalarının ifalarını izləyə biləcəklər.