İlham Əliyev Səttar Mehbalıyevi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdi

28 Oktyabr 2015 15:40 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səttar Mehbalıyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Movqe.az-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında həmkarlar hərəkatının inkişafında səmərəli fəaliyyətinə görə Səttar Suliddin oğlu Mehbalıyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin".