DGK: Bu günə qədər nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı daxil olan şikayətlərin heç biri əsaslı olmayıb

28 Oktyabr 2015 17:24 (UTC+04:00)

"Bu günə qədər nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlıDövlət Gömrük Komitəsinə (DGK) daxil olan şikayətlərin heç biri əsaslı hesab olunmayıb".

Movqe.az-ın məlumatına görə, bunu DGK sədri Aydın Əliyev bildirib.

A. Əliyev deyib ki, şikayətlərin əsassız olduğu onların araşdırılması zamanı üzə çıxır: "Şikayət edənlərin əksəriyyəti demir ki, məndən gömrük əməkdaşı artıq pul alır. Deyirlər ki, artıq hesablamalar aparılarkən bu problem üzə çıxır. Biz də izah edirik ki, əvvəllər, yəni köhnə avtomobillər gətirilərkən daha çox bu problemlə rastlaşırdıq. Komitənin Avtonəqliyyat Gömrük İdarəsinin əmtəəşünas ekspertləri, o cümlədən Mərkəzi Gömrük Ekspertiza İdarəsinin mütəxəssisləri fəaliyyət göstərir. Bunlar avtomobilə baxaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona qiymət qoyulur. Ondan sonra da rəsmiləşdirilmə aparılır", - deyə sədr izah edib.