Bakının bəzi yollarında sıxlıq yaranıb

29 Oktyabr 2015 09:20 (UTC+04:00)

Bu gün səhər saatlarında Bakıda bir sıra istiqamətlər üzrə yollarda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM)  daxil olan məlumata görə, hazırda Yusif Səfərov küçəsi (Neftçilər Klinikasının qarşısı), Bakı-Sumqayıt şosesi (paytaxta doğru nisbi sıxlıq), Ziya Bünaydov prospekti ("Koroğlu" metrosu istiqamətində), Azadlıq prospektində ("28 May" metrosu istiqamətində), Əbdülvahab Salamzadə küçəsində (körpünün üstü, Həsənbəy Zərdabi küçəsi istiqamətində), Xətai prospektində (Təhsil Nazirliyinin qarşısı), Heydər Əliyev prospektində ("Koroğlu" metrosu istiqamətində), həmçinin Neftçilər prospekti (Qızıl Qalasına doğru, Əziz Əliyev və Niyazi küçəsinin kəsişməsi) və Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq qeydə alınıb.