Fransalı deputatlar Bəşər Əsədlə görüşüblər

29 Oktyabr 2015 10:40 (UTC+04:00)

Oktyabrın 28-də Dəməşqdə Fransa parlamentinin deputatları Suriya prezidenti Bəşər Əsədlə görüşüblər.

Movqe.az-ın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, saat yarım davam edən görüşün təfərrüatları açıqlanmır.

Danışıqlarda Fransa parlamentinin aşağı palatasının müxalif "Respublikaçılar" partiyasının deputatı Jan-Frederik Puason, onun partiyadaşı Ksavye Breton və müstəqil deputat Veronik Bess iştirak ediblər.

Qeyd edək ki, Fransa hökuməti deputatların Dəməşqə səfərini təhlükəli və faydasız adlandırıb.