ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb, xəsarət alanlar var

29 Oktyabr 2015 10:55 (UTC+04:00)

ABŞ-ın İndianapolis şəhərində (İndiana ştatı) ticarət mərkəzində naməlum şəxs atəş açıb.

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident zamanı xəsarət alanlar olsa da, onların sayı haqqında dəqiq məlumat verilmir.

Şahidlərin bir qismi 3 nəfərin, digərləri isə 2 nəfərin yaralandığını, on dəfəyədək atəş səsi eşidildiyini bildirib.