Qurban Qurbanov: "Buna görə şadam"

29 Oktyabr 2015 11:15 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ" - "Rəvan" qarşılaşması baş tutub.

Movqe.az Goal.az-a isitnadən məlumat verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov minimal hesablı (1-0) qələbə ilə bağlı fikirlərini bildirib: "Vacib 3 xal qazandıq. Oyunun sönük keçməsi ilə mən də razıyam. Son 3 ayda futbolçuların normal istirahət üçün zamanı olmayıb. Bütün bunlara baxmayaraq, proqram üzərində işləyirik. Bu gün rəqibimiz də çox qapandı. Yəqin ki, məşqçinin tapşırığı belə idi. Oyun ərzində futbolçulara topla çox davranmağı tapşırmışdıq. Vüqarın qolu sayəsində 3 xal qazandıq və buna görə şadam".