Yaponiya, Çin və Koreya liderləri Seulda bir araya gələcəklər

29 Oktyabr 2015 11:25 (UTC+04:00)

Oktyabrın 28-də Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib ki, noyabrın 1-də Baş nazir Şinzo Abenin Koreya Respublikasına ikigünlük səfəri başlayacaq. Həmin səfər çərçivəsində Şinzo Abe Çinin və Koreya Respublikasının liderlərinin qatılacağı üçtərəfli sammitdə iştirak edəcək.

Y.Suqa əlavə olaraq bildirib ki, Baş nazirin noyabrın 1-də Çinin Dövlət Şurası sədrinin birinci müavini Li Keçian, ertəsi gün isə Koreya Respublikasının Prezidenti Pak Kın He ilə ikitərəfli görüşlərinə hazırlıq işləri başa çatmaq üzrədir.

Koreya Respublikasının Prezidenti ilə görüşün Yaponiyanın çoxdan təkid etdiyi kimi, heç bir ilkin şərt qoyulmadan keçiriləcəyi barədə sualı cavablandıran Y.Suqa bildirib ki, həmin görüşlə bağlı yapon hökumətinin mövqeyi dəyişməz olaraq qalır.