Stiv Cobs haqqında film ümidləri puç etdi – VİDEO

29 Oktyabr 2015 12:00 (UTC+04:00)

"Apple"ın yaradıcısı Stiv Cobsun həyatından bəhs edən film xəyal qırıqlığı yaradıb.

Movqe.az məlumat verir ki, rejissorluğunu Denni Boylun etdiyi film ABŞ-da gözlənildiyi qədər maraq doğurmayıb.

Maraqlıdır ki, tənqidçilər aktyor Maykl Fassbenderin filmdəki performansını "Oskar"a layiq bilsələr də, ABŞ-lı kinosevərlər filmə maraq göstərməyiblər.

Filmi çəkən "Universal" şirkəti 30 milyon dollar gəlir gözləsə də, "Stive Cobs" ilk həftədə cəmi 7.3 milyon dollar qazandıra bilib.