Putin: “Bu regionlar terrorçular üçün tramplindir”

29 Oktyabr 2015 12:10 (UTC+04:00)

"Terrorçu qruplar digər ölkələrdə sabitliyi pozmaq üçün Yaxın Şərq və Şimal Afrikadan tramplin kimi istifadə edir".

Movqe.az "RİA-Novosti" agentliyinə istinadən məlumat verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 39-cu iclasına göndərdiyi məktubunda deyib.

"Terrorçular və radikal qrupların fəaliyyətləri bu gün qarşımızda ciddi təhlükə yaradır. Yaxın Şərq və Şimal Afrikadakı vəziyyət də ciddi narahatlıq doğurur. Terrorçular bu regionlardan trampilin olaraq istifadə edirlər. Digər ölkələrdə sabitliyi pozmaq üçün bu regionlarda yeni döyüşçüləri toplayıb təlim keçirlər", - Rusiya prezidenti qeyd edib.