İran tarixində inqilabdan sonra ilk: qadın səfir təyin edildi

29 Oktyabr 2015 13:00 (UTC+04:00)

İnqilabdan sonra İranda ilk dəfə qadın səfir təyin olunub.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyə Əfham İslam Respublikasının Malayziyadakı səfiri postuna təyin edilib.

Bu barədə Movqe.az Rusiya KİV-nə istinadən məlumat verir.

Bu, 1979-cu ildə İslam inqilabından sonra İranda ilk haldır ki, qadın səfir vəzifəsində təyinat alıb.

Əfham Kuala –Lumpurdakı missiyasına yaxın vaxtlarda başlayacaq.


Qeyd edək ki, 53 yaşlı Mərziyə Əfham 2013-cü ilin avqustunda ölkə XİN-in rəsmi nümayəndəsi vəzifəsinə təyin olunub. Həmin vaxt bu, İranda böyük rezonansa səbəb olmuşdu.

Daha əvvəl isə o, 8 il ərzində XİN-in informasiya və nəşrlər üzrə baş direktoru vəzifəsində çalışıb.

Əfham İran tarixində səfir təyin edilən ikinci qadındır. 1976-cı ildə İran şahı Məhəmməd Rza Pəhləvi Mehrangiz Dolatşahini Danimarkaya səfir təyin etmişdi.