Bakıda oğlan sevgilisini küçədə öldürdü

29 Oktyabr 2015 13:10 (UTC+04:00)

Bu gün saat 09:30-da Bakının Nizami rayonunda gənc qadını küçənin ortasında qətlə yetiriblər.

Baku.WS məlumat verir ki, hadisə "Qara Qarayev" metrosu yaxınlığında, "Çinar Market" marketinin yanında baş verib.

Məlumata görə, 30 yaşlı İlahə Həsən qızı Yusubova sevgilisi tərəfindən bıçaqlanıb. Qadın aldığı bıçaq yarasından hadisə yerində keçinib. Qadının bıçaqlandığı ünvanda yaşadığı bildirilir. Hadisəni Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsindən təsdiqləyiblər.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.