Öldürülən qızın qohumları "morq"a hücum etdi...

29 Oktyabr 2015 15:20 (UTC+04:00)

Nizami Rayon Polis idarəsinin əməkdaşları İlahə Yusubovanın qatilini saxlayıblar. Bu, Sabunçu rayonunda yaşayan 1990-cı il təvəllüdlü Əliyev Babək Tərlan oğludur. Qətli törədəndən sonra o, 14-cü Polis bölməsinə gələrək könüllü təslim olub. İlkin araşdırmalara görə, gənclər arasındakı qanlı insidentə səbəb qızın valideynlərinin onu Babək Əliyevə ərə vermək istəməmələri olub.