Azərbaycanda peşə təhsili üzrə Dövlət Agentliyi yaradıla bilər

29 Oktyabr 2015 15:50 (UTC+04:00)

"Peşə Təhsili Dövlət Agentliyinin yaradılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən hökumətə təkliflər təqdim olunub. Hesab edirik ki, yaxın zamanlarda bu agentliyin yaradılması ilə bağlı hökumətin müvafiq orqanları tərəfindən müsbət qərar veriləcək". Lent.az-ın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. C.Bayramovun sözlərinə görə, regionlardakı bəzi məktəblərdə istilik problemi var: "Həm rayon təhsil şöbələri, həm rayon icra hakimiyyəti strukturları ilə mütəmadi əlaqə saxlayırıq. Çünki qeyd olunduğu kimi, qış aylarında məktəblərdə istiliklə təminat uşaqların məktəblərdə davamiyyətinə, ümumilikdə isə təhsilin keyfiyyətinə çox mühüm təsir edən amillərdən biridir. Bizim bəzi məktəblərdə belə problemlər mövcuddur. Bu istiqamətdə davamlı olaraq işlər aparılır. Həm Təhsil Nazirliyi, həm yerli icra hakimiyyəti orqanları bu istiqamətdə sıx əməkdaşlıq edir. Tədricən bu məsələ öz həllini tapacaq".