Paris Hilton və Arda Turan eyni reklam çarxında

19 Oktyabr 2012 20:00 (UTC+04:00)
Dünyaca məşhur Paris Hilton və Arda Turan reklamda çəkilmək üçün İstanbulda görüşüblər. Bir geyim firmasının reklamı üçün İstanbula gələn Paris Hilton Atletiko Madriddə oynayan milli futbolçu Arda Turan ilə kameralar qarşısına keçib. Çəkilişlərdən sonra xüsusi bir poza verən Paris Hilton Arda ilə çəkdirdiyi fotoşəkli Twitterdə paylaşıb. Hilton, "İstanbulda Arda Turan ilə reklam çəkilişlərindəyik. Çox xoş bir insandır" şərhini verib. Reklam çarxı firmaya 6 milyon türk lirəsinə başa gəlib.