Ana böyrəyini qızına verdi

29 Oktyabr 2015 16:00 (UTC+04:00)

Astara rayon mərkəzi xəstəxanasında ilk dəfə böyrək köçürülmə əməliyyatı aparılıb. Rayonun Kijəbə qəsəbə sakini, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 27 yaşlı Vüsalə Babayevaya anası 49 yaşlı Nazilə Qəmbərovadan böyrək köçürülüb. Əməliyyatı, Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsi keçirib. Əməliyyatın uğurla keçdiyi bildirilir. Hazırda xəstələr reanimasiya şöbəsindədir. Canlıdan-canlıya orqan transplantasiyası təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşib. İlk köçürülən orqan isə böyrək olub. 1971-ci ildə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə olaraq Azərbaycanda Mirməmməd Cavadzadənin rəhbərliyi altında böyrək köçürmə əməliyyatı keçirilib.