Ərinin pullarını oğurlayaraq sevgilisinə verən qadının məhkəməsi başlayıb

29 Oktyabr 2015 17:20 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli-miqdarda oğurluqda təqsirləndirilən Yevlax rayon sakini Kənan Bəkirov və Səbinə Abdinovanın cinayət işi üzrə məhkəmə prosesi başayıb.

Məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin və zərərçəkmişin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxışı iclası noyabrın 5-nə təyin edilib.

Məhkəmə prosesinin sonunda tərəflər arasında mübahisə düşüb.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 15-də Nağı Abdinovun evindən 90 min manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Kənan Bəkirov tutulub. Daha sonra məlum olub ki, əslində, oğurluğu N.Abdinovanın həyat yoldaşı Səbinə Abdinova edərək, pulları sevgi münasibətlərində olduğu K.Bəkirova verib.