Nazirin işdən çıxarılmasına rəsmi-Münasibət

29 Oktyabr 2015 16:15 (UTC+04:00)

Bu saatlarda Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunması barədə mətbuatda informasiya yayılıb. Qafqazinfo.az saytının yaydığı xəbərə görə, Pezidentin nazir Əli Abbasovu işdən çıxarması son günlər aparılan təmizləmə işinin tərkib hissəsidir. Movqe.az saytı xəbəri dəqiqləşdirmək məqsədilə nazirliklə əlaqə saxlayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Movqe.az-a açıqlamasında bildirib ki, nazir Əli Abbasov hazırda iş başındadır: "Nazir hazırda işdədir".


Xatırladaq ki, Əli Abbasov nazir postuna 2004-cü ildə təyin olunub.