Röyadan müraciət: "Yazdıqlarınıza fikir verin"

30 Oktyabr 2015 11:04 (UTC+04:00)

Müğənni Röya Ayxan sevənlərinə müraciət edib.


Movqe.az-ın məlumatına görə, bu gün Türkiyənin Kanal D-sində yayımlanan "Beyaz show"da qonaq olacaq sənətçi hər kəsdən dəstək gözlədiyini bildirib:


"Bu gün görüşürük. Sizdən tək istəyim yanımda olmağınızdır. Ən əsası isə bura yazdıqlarınıza fikir verin. Arada dərin düşünün. Bunları mən sizə bəxş etdiyim üçün sizdən məni uca tutan fikirlər gözləyəcəm. "Ay bu dildə danış, o dildə oxu" kimi məsləhətlərə ehtiyac yoxdur. Seçimi mən edirəm".


Qeyd edək ki, şoumen Bəyazit Öztürkün aparıcılıq etdiyi proqram bu gecə saat 23:15-də (Bakı vaxtı ilə 00:15) yayımlanacaq.