Sürücülük vəsiqəsini almaq çətinləşəcək - Rusiyada

30 Oktyabr 2015 11:10 (UTC+04:00)

Rusiyada sürücülük vəsiqəsi alma prosedurları daha da çətinləşdirilir.

Ölkənin Daxili İşlər Nazirliyinin təlimatına görə, artıq sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanlarda hər səhv beş doğru cavabı aparacaq. Təcrübi imtahanlar da çətinləşəcək.

Movqe.az  Kommersant qəzetinə istinadən məlumat verir ki, yeni təlimat yaxın vaxtlarda qüvvəyə minəcək.

Nəzəri imtahanlarda, namizədlər etdikləri hər səhv sual üçün beş əlavə suala cavab vermək məcburiyyətində olacaqlar. Bu günkü qayda ilə, 20 sualdan ən çox 2-sinə səhv cavab verən namizədlər imtahanı keçir.


"B" kateqoriyalı sürücülük vəsiqəsini almaq istəyən namizədlər təcrübi imtahanlarda artıq üç deyil, beş əmri yerinə yetirməli olacaqlar.


Namizədlər sürüş imtahanlarında, məsələn, təhlükəsizlik kəmərini bağlamama kimi səhvləri üçün üç fərqli (1,3,5) cərimə balı alacaqdır. 5 cərimə balı toplayan namizədlər imtahanı keçə bilməyəcək.