Elmar Vəliyev vətəndaşlarla görüşdü – Foto

30 Oktyabr 2015 13:10 (UTC+04:00)

Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ənənəvi şəkildə vətəndaşları qəbul edir, səmimi söhbətlər aparır, onların problemlərini öyrənir və qısa müddətdə bu problemləri aradan qaldırır.


Şəhərimizdə həyata keçirilən və nəzərdə tutulan bütün infrastuktur layihələr ictimaiyyət nümayəndələri ilə müzakirə olunur, onların təklifləri dinlənildikdən sonra reallaşır. Gəncəlilərlə sıx əlaqə, birgə fəaliyyət, səmimiyyət və doğmalıq qazanılan uğurları şərtləndirir, şəhərimizin yeni inkişaf perspektivlərini müəyyənləşdirir. Göstərilən diqqət və qayğı insanları sevindirir, ruhlandırır, vahid məqsəd uğrunda mübarizəyə səfərbər edir.İcra Başçısının növbəti qəbulu da yüksək və nikbin əhval-ruhiyyədə keçib. Öncə yenə də şəhid ailələri və imtiyazlı ailələrin nümayəndələri öz sözlərini deyiblər. Allahverdi Nağıyev, Saləddin Qasımov, Füzuli Hüseynov və başqaları onları narahat edən məsələlər barədə fikirlərini bildiriblər. Raya Mahmudova, Rahilə Ələsgərova, Cəmşid Namazov, Nigar Qazıyeva, Zemfra Quliyeva, Sədaqət Xəlilova problemlərinin yerindəcə həll olunduğu üçün razılıqlarını ifadə ediblər.Vətəndaşların qəbulunda şəhərimizdə gedən abadlıq, quruculuq, insanların güzəranının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə minnətdarlıqlar ifadə olunub. Sahibkarlıq, mənzil, torpaqla təminat, məşğulluq, kommunal məsələlərlə bağlı fikirlər səslənib. İcra Başçısı Elmar Vəliyev qaldırılan problemlərin qısa vaxt ərzində həll olunması üçün müvafiq təşkilatlara tapşırıqlar verib.