Seçki günü həkimlər gücləndirilmiş iş rejimində çalışacaqlar

30 Oktyabr 2015 13:47 (UTC+04:00)

Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə bağlı təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində işləyəcək.

Bunu Səhiyyə Nazirliyindən bildiriblər.

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar həmin gün çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb.