Yaşayış binasında yanğın hadisəsi baş verib

30 Oktyabr 2015 14:00 (UTC+04:00)

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumata görə, Xətai rayonunda doqquzmərtəbəli binanın yeddinci mərtəbəsinin pilləkən qəfəsində 13 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.