Kosmosda yeni kəşf

30 Oktyabr 2015 15:18 (UTC+04:00)

"Rosetta" kosmos vasitəsinin daşıdığı PHILA modulu, quyruqlu ulduzu əhatə edən qaz buludu içində oksigen molekulları kəşf edib.

Avropa Kosmos Agentliyi (ESA) tərəfindən inkişaf etdirilən "Rosetta" kosmos vasitəsinin daşıdığı "PHILA" adlı modulun, izlədiyi 67P adlı quyruqlu ulduzu əhatə edən qaz buludu içində oksigen molekulları kəşf etdiyi bildirilib.

Movqe.az-ın  BBC-yə isitnadən məlumatına  görə, elm adamlarının, etdikləri araşdırmada quyruqlu ulduzun ətrafını əhatə edən qaz buludunda sərbəst oksigenin, su buxarı, karbonmonoksit və karbon sonrakı ən məşhur dördüncü qaz olduğunu görüb.

"Nature" jurnalında dərc edilən məlumatda kəşfin, planetlər meydana gələrkən oksigenin digər elementlərlə reaksiyaya girdiyini düşünən elm adamları üçün tam bir sürpriz olduğu və Günəş Sisteminin necə meydana gəldiyinə dair mövcud görüşlərin səhv ola biləcəyinə işarə edilib.

Işdə iştirak edən elm adamlarından, Bern Universitetindən Prof. Dr. Kathrin Altwegg, qrupun oksigen molekullarını ortaya qoyan məlumatı ilk dəfə gördüyündə nəticənin səhv olduğunu düşündüyünü söyləyib.

Altwegg təəccübünün səbəbinin, oksigenin öz orijinal formasında qalmaq yerinə komponentlər yaratmaq üçün digər elementlərlə asanlıqla reaksiyaya girməsi olduğunu ifadə edərkən, "Əsl sual, oksigenin oraya necə gəldiyidir" deyib.

Günəş Sistemi ətrafındakı planetlər və quyruqlu ulduzların necə meydana gəldiyinə dair mövcud nəzəriyyələrin böyük hissəsində, sonrasında digər elementlərlə reaksiyaya girən donmuş oksigeni həll edən şiddətli bir prosesin yaşandığı irəli sürülür.

ESA-ya aid günəş enerjisi ilə çalışan "PHILA" adlı modul, 12 noyabr 2014-cü ildə "67P Churyumov-Gerasimenko" adlı quyruqlu ulduza enmişdi. Bir quyruqlu ulduza çatan ilk kosmos modulu xüsusiyyəti daşıyan Philae'nin 67P'nin səthinə enişi 7 saatı almış, modul batareyası bitmədən əvvəl 60 saat çalışa bilmişdi.

Batareyalarının tükənməsinin ardından 15 Noyabr 2014-cü ildə girdiyi yuxu rejimindən iyun ayında çıxan "PHILA", quyruqlu ulduzun səthindən orqanik molekullar toplamış və dünyaya məlumatlar göndərməyi bacarmışdı.