Florida ştatında 4 nəfərin qatili hökmdən 30 il sonra edam edilib

30 Oktyabr 2015 15:52 (UTC+04:00)

Florida ştatının rəhbərliyi keçmiş həyat yoldaşını, onun 5 yaşlı qızını, anasını və bacısını qətlə yetirdiyi üçün 30 il bundan əvvəl ölüm cəzasına məhkum olunmuş canini oktyabrın 29-da edam edib. Hökm ölümcül inyeksiya vasitəsi ilə icra olunub.

Movqe.az TASS informasiya agentliyinə istinadla məlumat verir ki, 59 yaşlı Cerri Korrell 1986-cı ildə törətdiyi qətllərin hər birinə görə günahkar bilinərək, barəsində ayrı-ayrılıqda dörd ölüm hökmü çıxarılmışdı.

C.Korrell hazırkı qubernator Rik Skottun dövründə Floridada edam edilən 22-ci məhkumdur.

Xatırladaq ki, ABŞ-ın 31 ştatında ölüm cəzası hələ də qalır. Bu ilin aprel ayına olan məlumata görə, Birləşmiş Ştatlarda 3002 nəfər edam cəzasını gözləyir. Ölkədə ölüm hökmünün icrasının yenidən tətbiq olunduğu 1976-cı ildən 2015-ci ilin sentyabrınadək 1414 nəfər edam edilib. Ölüm hökmləri əsasən ölümcül inyeksiya vasitəsi ilə icra olunur.