Təbliğat kampaniyası başa çatdı

30 Oktyabr 2015 17:20 (UTC+04:00)

115 saylı Seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyevin seçki öncəsi son görüşləri Kiş qəsəbəsində və Şəki şəhərində olub. Hər iki məntəqədə görüşlərə qatılmış yüzlərlə seçici deputatın son 5 il ərzində fəaliyyətinə dair hesabatı dinləyib. Daha sonra çıxış edən vəkillər Baba Yusifov, Rafik Rəsulov, Nağdalı Balaşov və başqaları deputatın keçən 5 ildəki fəaliyyətini təhlil edərək seçiciləri növbəti dəfə ona səs verməyə dəvət ediblər. Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd son 5 il ərzində ölkənin iqtisadi-sosial və siyasi həyatında baş verən mühüm hadisələrdən və əldə olunan nailiyyətlərdən danışıb, onları parlament seçkilərində fəal iştirak etməyə çağırıb. Bununla da Cavanşir Feyziyevin seçki kampaniyası ərzindəaparılan təbliğat-təşviqat tədbirləri çərçivəsində nəzərdə tutulan seçicilərlə görüşləri başa çatıb. Bütövlükdə, təbliğat kampaniyası üçün qanunla nəzərdə tutulmuş müddət ərzindəCavanşir Feyziyev 115 saylıseçki dairəsi ərazisində yerləşən 33 kənd, 1 qəsəbə və Şəki şəhərinin 9 məhəlləsində yaşayan seçicilərlə görüşlər keçirib.Bütün görüşlər seçicilərin yüksək fəallığı şəraitində baş tutub. Toplantılarda çıxış edən seçicilər deputatın son 5 ildəki fəaliyyətindən razı qaldıqlarını və qarşıdan gələn 1 noyabr Parlament seçkilərində də növbəti dəfə Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.