Şanlıurfada iki suriyalının cəsədləri tapılıb

30 Oktyabr 2015 17:52 (UTC+04:00)

Türkiyənin Şanlıurfa bölgəsində iki suriyalının yaşadıqları mənzildən cəsədləri tapılıb.

Anadolu agentliyinin məlumatına görə, media fəaliyyəti ilə məşğul olan hər iki suriyalının bıçaqla qətlə yetirildikləri məlum olub.

Polis hadisə ilə bağlı araşdırma aparır.