Hərbi yük maşını qatarla toqquşub: yaralı əsgər var

31 Oktyabr 2015 10:30 (UTC+04:00)

Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmiryol ötürücüsünü keçərkən qatarla toqquşub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.

M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.