Vitali Kliçko və Borislav Bereza Kiyev meri seçkilərində ikinci tura keçirlər

31 Oktyabr 2015 12:00 (UTC+04:00)

"Pyotr Poroşenkonun "Solidarnost" bloku" partiyasından namizəd Vitali Kliçko və Ukrayna Ali Radasının deputatı Borislav Bereza Kiyev meri seçkilərində şəhər ərazi seçki komissiyasının rayon komissiyalarının protokolları əsasında çıxardığı nəticəyə görə ikinci tura keçirlər.

Movqe.az Ukrayna KİV-lərinə istinadla məlumat verir ki, bunu ərazi seçki komissiyasının dərc etdirdiyi məlumatlar təsdiqləyir.

Xatırladaq ki, oktyabrın 25-də Ukraynada yerli seçkilər keçirilib.