Rusiya təyyarəsinin qəzaya uğradığı yer müəyyənləşib

31 Oktyabr 2015 17:30 (UTC+04:00)

Misirin hakimiyyət orqanları Rusiya təyyarəsinin qəzaya uğradığı yeri müəyyənləşdiriblər.

Movqe.az TASS agentliyinə istinadla məlumat verir ki, Şarm–əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan təyyarə Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Bu haqda Misir hökuməti məlumat yayıb. "Əl-ərəbiyyə" telekanalının məlumatına görə, təyyarə tamamilə dağılıb. Təyyarədəkilərin hamısının həlak olduğu güman edilir.

Xatırladaq ki, göyərtəsində 217 sərnişinin və yeddi ekipaj üzvünün olduğu Rusiya təyyarəsi bu gün səhər radarlardan itmişdi.