"Qol vurmaq istəyinin çox olması fərqlənməyə imkan vermir"

31 Oktyabr 2015 18:00 (UTC+04:00)

"Manchester United"in baş məşqçisi Lui van Qaal komandanın kapitanı Ueyn Runinin 3 oyun qolsuzluq seriyası barədə fikir bildirib. Movqe.az Goal.az-a istinadən məlumat verir ki, holland mütəxəsis bunun səbəblərini belə izah edib:

"Futbolçu da insandır. O da fərqlənmək istəyir. Bəlkə də, bu istəyin çox olması qol vurmağa imkan vermir. Runi çox çalışır. Heç kim son zərbənin effektini artırmağın yollarını bilmir. Hücumçu qol vurmayanda özünəinam itə bilər. Bunları düzəltməyə çalışıram. "Bavariya"da baş məşqçi olanda Mario Qomez hər oyunda orta hesabla 9, maksimum 14 dəfə topa toxunurdu, amma fərqlənirdi. Düşünmürəm ki, "United" hücumçuları Qomezdən daha az topa toxunur. Burda ötürmələri harda qəbul etmələri və sürətli qərar vermək əsasdır".