Filippində bazarda yanğın: 15 ölü

31 Oktyabr 2015 18:30 (UTC+04:00)

Filippinin cənubunda bir bazarda baş verən yanğında 6-sı uşaq olmaqla 15 nəfər həlak olub.

Movqe.az Anadolu agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla 03:00 radələrində Zamboanqa şəhərinin mərkəzindəki bazarda səbəbi məlum olmayan yanğın baş verib. Hadisə zamanı 11 nəfərin yaralandığı bildirilir.

Yanğında işlənmiş geyimlərin və ərzaq mallarının satıldığı yüzlərlə dükan istifadəyə yararsız vəziyyətə düşüb.