İlham Əliyev Argentina və Uruqvayla imzalanmış sazişləri təsdiq edib

31 Oktyabr 2015 17:20 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında texniki əməkdaşlıq haqqında 2015-ci il sentyabrın 22-də Bakı şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2015-ci il sentyabrın 22-də Bakı şəhərində imzalanmış Sazişin və Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2015-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.