Rumıniyada üç günlük matəm elan olunub

1 Noyabr 2015 09:30 (UTC+04:00)

Rumıniya hökuməti növbədənkənar iclasında Buxarestdə oktyabrın 30-da gecə klubunda baş vermiş faciə ilə bağlı üç günlük matəm elan edib.

Rumıniyanın Baş naziri Viktor Ponta həyatını itirən və xəsarət alanların ailələrinin kədərinə şərik olduğunu bildirib.

Polisin son məlumatına görə, insident nəticəsində 27 nəfər həlak olub, 200 nəfər isə xəsarət alıb. Həkimlər qurbanların sayının arta biləcəyini istisna etmirlər. Belə ki, 146 nəfər ağır yanıq xəsarətləri alıb. Zərərçəkənlərdən 25-i kritik vəziyyətdədir.