Nazir Oqtay Şirəliyev səs verib

1 Noyabr 2015 10:46 (UTC+04:00)

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Milli Məclisə keçirilən seçkilərdə səs verib. "Report" xəbər verir ki, nazir səsvermə hüququndan 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində istifadə edib.

Xatırladaq ki, həmin seçki dairəsindən 6 nəfərin namizədliyi qeydə alınıb. Onlar Gülnarə Cəfərova, Şəmsəddin Hacıyev, Mahmud İslamov, Yaqut İslamova, Təranə Məmmədova, Mehman Tanrıverdiyevdir.