Oqtay Əsədov parlament seçkilərində səs verib

1 Noyabr 2015 11:21 (UTC+04:00)

Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov parlament seçkilərində səsvermə hüququndan istifadə edib. Movqe.az xəbər verir ki, spiker 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində səs verib.

O.Əsədov Bakının 7 saylı məktəbində yerləşən seçki məntəqəsində səs verib.

Qeyd edək ki, adıçəkilən məntəqədə 1 298 seçici qeydiyyata alınıb. Artıq 200-dən çox seçici səs verib.

Xatırladaq ki, həmin seçki dairəsindən 6 nəfərin namizədliyi qeydə alınıb.