791 məhbus seçicidən 315-i artıq seçkilərə qatılıb

1 Noyabr 2015 13:05 (UTC+04:00)

Saat 11:00-a olan məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində səsvermə hüququna malik məhbus seçicilərin 39 faizi səsvermədə iştirak edib.

Movqe.az-ın məlumatına görə, bunu hazırda 15 saylı cəzaçəkmə müəssisəsində olan Trend-in əməkdaşına həmin müəssisədə fəaliyyət göstərən Məntəqə Seçki Komissiyasının sədri Məzahir Əhmədov deyib.

M.Əhmədov qeyd edib ki, ümumilikdə məntəqədə səsvermədə iştirak edəcəyi gözlənilən 791 seçicidən artıq 315-i seçkilərə qatılıb.

Məntəqə Seçki Komissiyasının sədri bildirib ki, yaxın saatlarda beynəlxalq müşahidəçilərin 15 saylı cəzaçəkmə müəssisəsinə gələrək, seçkiləri müşahidə edəcəyi gözlənilir.