"Kastro yaşayır"

22 Oktyabr 2012 16:38 (UTC+04:00)

Movqe.Az bildirir ki, Kubanın keçmiş Prezidenti Fidel Kastronun ölüm xəbəri yalanlanıb. Venesuelanın Prezident köməkçisi Elias Milano, 86 yaşlı Kastronun sağlamlıq vəziyyətinin çox yaxşı olduğunu söyləyib. Prezident köməkçisi Milano, köhnə lider ilə təxminən 5 saat ərzində görüşdüyünü bildirib.Kastronun sağlamlıq vəziyyətinin çox yaxşı və şüurunun yerində olduğu söyləyən Milano, görüş zamanı çəkilən fotoşəkilləri də göstərib. Neçə aydır sosial şəbəkə saytlarında Kastronun ölməsi və ya sağlamlıq vəziyyətinin pisləşməsi ilə bağlı söz-söhbətlər gəzirdi. Kastro, sonuncu dəfə mart ayında Papa Benedikt ilə Kubanın ziyarəti əsnasında çəkilən şəkillərdə görülüb. Fidel Kastro, 1959-cu ildə Prezident vəzifəsinə təyin olunmub, 2006-ci ildə sağlamlıq problemləri səbəbiylə vəzifəsini qardaşı Raul Kastroya verib.