Saat 12:00-a olan məlumata görə, seçici fəallığı 28.2 faiz təşkil edib (ƏLAVƏ OLUNUB)

1 Noyabr 2015 13:10 (UTC+04:00)

Saat 12:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə 1468205 seçici səs verib.

Movqe.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə seçkilərlə bağlı saat 12:00-a olan məlumatı açıqlayarkən deyib.

Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 28.2 faiz təşkil edib.

R.Gülməmmədov deyib ki, indiyə olan məlumata görə, ən passiv seçici faəllığı 47 Saylı Mingəçevir Seçki Dairəsi (18.1 faiz), ən aktiv isə 1 Saylı Şərur-Sədərək Seçki Dairəsidir (47.3 faiz).